Biz Reborn olaraq inanırıq ki, hər geyim bir hekayə daşıyır. Təmiz, keyfiyyətli və zövqlə seçilmiş ikinci əl geyimləri bir araya gətirərək, onları yenidən istifadəyə və sevgi ilə geyinilməyə hazır hala gətiririk.
Minimalizm, dayanıqlılıq və fərdi stil bizim əsas dəyərlərimizdir. İkinci əl demək – köhnə demək deyil. Bu, həm özünə, həm də planetə hörmət deməkdir.
Daha az israf, daha çox zövq.
Geyimləri sev, onları yenidən yaşat.
